Qarajda Lamborghini avtomobil modeli hazırladılar

Qarajda Lamborghini avtomobil modeli hazırladılar!


Lamborghini, Ferrari, Bugatti kimi markaların lüks idman avtomobillərinə sahib olmaq bir çox insanın arzusudur. Lakin bu avtomobillərin qiyməti olduqca yüksəkdir və onlar hər kəs tərəfindən asanlıqla əldə edilə bilməyəcək qədər lüks qrupa aiddir.

Bəzi insanlar çox işləyib, pul yığmaqla lüks avtomobil arzularını gerçəkləşdirməyə çalışır. Bəziləri isə öz xəyallarındakı idman avtomobilinə qovuşmaq üçün daha fərqli bir yol seçir. Məsələn, elə avtomobil həvəskarları var ki, onlar arzuladıqları idman avtomobilini özləri hazırlayır. Çinli gənclər Wang Yu ve Li Lintao da məhz belə yaradıcı insanlar sırasına daxildir. Onlar yeni bir layihənin əsasını qoyub, Lamborghini markalı avtomobil hazırlamaq qərarına gəlirlər. Beləliklə, 4 il davam edən və çoxlu səy tələb edən proses başlayır.

Layihənin başlamasından təxminən iki il müddətinədək dostlar bütün vaxtlarını lazım olan hissələri bir yerə toplamağa sərf ediblər. Lamborghini markalı avtomobilin ərsəyə gəlməsi 228.000 dollara mümkün olub.

Vaxtlarının böyük hissəsini qarajda avtomobilin hazırlanmasına sərf edən dostlar böyük əmək tələb edən iş prosesini uğurla başa vura bilib və  bu layihənin nəticəsində ortaya möhtəşəm bir avtomobil çıxıb.

Bu uğura imza atan dostlar gələcəyə dair planlar da qurmağa başlayıb. Belə ki, onlar gələcəkdə öz avtomobil markalarını yaradaraq bazara daxil olmağı planlaşdırır.

`

© 2020 Auto Auksion